Azərbaycana gəldi, 4 ay pulsuz işlədi, FİFA-ya şikayət etdi

15 Aprel 2024 21:20 Qalmaqal 1 318
Azərbaycana gəldi, 4 ay pulsuz işlədi, FİFA-ya şikayət etdi

Yanvarın 17-də AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin 1-ci liqa təmsilçisi "İrəvan"la bağlı qərarı ictimaiyyətə təqdim olunmuşdu.

AFFA-nın mətbuat xidmətinin yaydığı məlumatda futbolçular Asim Əlizadə ilə Cavid Tağıyevə, məşqçi Aleksandr Jidkova olan xidmət haqqı məbləğinin 1 may 2024-cü il tarixinədək birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmuşdu.

Qərarın qüvvəyə mindiyi gündən 3 aya yaxın vaxt keçib. Son tarix kimi göstərilən 1 maya isə sayılı günlər qalıb.

Vaxtilə Azərbaycan millisinin qapısını qorumuş Aleksandr Jidkova geridə qalan müddətdə heç bir məbləğ ödənilməyib. Və yaxın günlərdə də ödəniləcəyinə ümid etmir.

Qapıçılar üzrə məşqçi Sportinfo.az-a açıqlamasında gözləmə limitinin dolduğunu və məlum məsələ ilə bağlı FİFA-ya şikayət etdiyini bildirib.

Klubla 2025-ci ilin yayına qədər müqaviləsi olan Jidkov ötən ilin sentyabrından dekabrına qədər “İrəvan”da Nazim Süleymanovun köməkçisi kimi çalışıb. Burada olduğu müddətdə ona maaş ödənilməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır