AFFA-nın bayrağı altında keçiriləcək Yüksək Qızlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən yeni klubların müraciətləri 20-29 may 2026-cı il tarixləri arasında qəbul olunacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, klublar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Bununla yanaşı, 1-22 iyun aralığında Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş yeni komandalara lisenziyalaşdırma prosesi üzrə xüsusi dövr tətbiq olunacaq və bu prosesi uğurla tamamlayanlar yarışda iştirak hüququ əldə edəcəklər.
Bununla yanaşı, Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş yeni komandalar üçün 1–22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü tətbiq olunacaq.
Bu prosesi uğurla tamamlayan klublar yarışda iştirak hüququ qazanacaqlar.
Aldığımız məlumata görə, «İmişli», «Şamaxı», həmçinin Premyer Liqaya yenicə vəsiqə qazanan «Şəfa» Yüksək Liqada yarışmaq istəməsi barədə artıq AFFA-nı məlumatlandırıb.
Bildirilib ki, həmin komandaların formalaşdırılması istiqamətində işlərə start verilib.
SPORTİNFO.AZ

