"Neftçi"nin qadınları ÇL-də 4 qol vurdu, qalib gəldi

22 İyul 23:20 Qadın futbolu 472
"Neftçi"nin qadınları ÇL-də 4 qol vurdu, qalib gəldi

“Neftçi” qadın futbolçular arasında Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.

Yunanıstanın Veria şəhərində keçirilən 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb.

Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Siyasət Əsgərovun komandası 2-ci təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!