Azərbaycanın iki millisinin rəqibləri məlum oldu

02:20 Qadın futbolu 77
Azərbaycanın iki millisinin rəqibləri məlum oldu

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, AFFA-nın məlumatına görə, püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!