Kristina, Manə, Nigar - Makedon qızlarını üstələdik

10 İyun 02:20 Qadın futbolu 224
Kristina, Manə, Nigar - Makedon qızlarını üstələdik

Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya ilə üz-üzə gəlib.

Bitola şəhərindəki "Petar Miloşevski" stadionunda gerçəkləşən qarşılaşma Azərbaycanın qələbəsi ilə yekunlaşıb - 3:1.

Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurub.

Qeyd edək ki, qrupda Macarıstan 16 xalla birinci, Azərbaycan 12 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə yer alıb.

Azərbaycan – Şimali Makedoniya 3:1

Qollar: Kristina Bakarandze, 8, Manə Mollayeva, 28, Nigar Mirzəliyeva, 37 // Mustafa, 11
Bitola, "Petar Miloşevski" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti