Azərbaycanlı qızlar seçmə mərhələdə son oyununu keçirəcək

21:00 Qadın futbolu 123
Azərbaycanlı qızlar seçmə mərhələdə son oyununu keçirəcək

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Oyun saat 21:00-da Bitola şəhərindəki “Petar Miloşevski” stadionunda start götürəcək.

Görüşün baş hakimi gürcüstanlı Teona Sturua olacaq.

Qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti