Gürcüstandan gələnlərə tapşırıldı - Millimizin oyunu

9 İyun 02:40 Qadın futbolu 234
Gürcüstandan gələnlərə tapşırıldı - Millimizin oyunu

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Bitola şəhərində baş tutacaq qarşılaşma Gürcüstandan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Teona Sturua olacaq. Ona yan xətt hakimləri Elene Eloşvili və Sopo Tsuluya kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Tamta Şengeliya yerinə yetirəcək.

"Petar Miloşevski" stadionunda keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!