Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Macarıstanla qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Azərbaycan millisi hazırda qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 10 xalla 1-ci pillədə qərarlaşıb. Şimali Makedoniyanın 3, Andorranın 1 xalı var.
Qarşılaşmanı bu link vasitəsilə canlı izləyə bilərsiz - https://icma.az/tv-canli/idman-tv
18:00. Azərbaycan – Macarıstan
Baş hakim: Vanya Yankoviç (Sloveniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


