Azərbaycan - Macarıstanda söz sahibliyi sloveniyalı xanıma həvalə edildi

02:50 Qadın futbolu 79
Azərbaycan - Macarıstanda söz sahibliyi sloveniyalı xanıma həvalə edildi

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək:

Oyunun baş hakimi Vanya Yankoviç olacaq. Ona yan xətdə Staşa Şpur və Helena Buh köməklik edəcək.

Dördüncü hakim funksiyasını isə Aleksandra Çesen yerinə yetirəcək.

İyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti