Azərbaycan - Macarıstan: Açıq məşq və mətbuat konfrans nə vaxtdır?

3 İyun 08:40 Qadın futbolu 305
Azərbaycan - Macarıstan: Açıq məşq və mətbuat konfrans nə vaxtdır?

Qadınlar arasında dünya çempionatının seçmə mərhələsində Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, hər iki tədbir matçdan bir gün əvvəl – iyunun 4-də baş tutacaq.

Saat 17:15-də mətbuat konfransı olacaq. 18:00-da isə açıq məşq başlayacaq.

Qeyd edək ki, iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR