“Neftçi”nin qız komandası yenidən Azərbaycan çempionu oldu

14 May 01:20 Qadın futbolu 544
“Neftçi”nin qız komandası yenidən Azərbaycan çempionu oldu

“Neftçi”nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun futbolçuları sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.

Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2