Azərbaycan millisinin eks oyunçusu indi oteldə ofisiant işləyir - FOTO

11:55 Qadın futbolu 265
Azərbaycan millisinin eks oyunçusu indi oteldə ofisiant işləyir - FOTO

Azərbaycan qadın futbol millisinin sabiq üzvü Olya Şioşvilinin hazırda Gürcüstanın paytaxtı Tbilisidə hotellərdən birində çalışdığı məlum olub.

Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu əmisiqızı ilə birlikdə həmin hoteldə ofisiant işləyir.

Olya Şioşvili əvvəlcə müsahibə verməyə razılaşsa da, sonradan fikrini dəyişərək danışmaqdan imtina edib.

Olya Şioşvili əslən Qax rayonundan olan gürcüdür və oradakı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Daha sonra o, "Sumqayıt"da çıxış edib.

Hazırda 30 yaşı olan sabiq müdafiəçi vaxtı ilə 2012-ci ildə Bakıda keçirilmiş 17 yaşadək qızlar (U-17) arasında dünya çempionatının iştirakçısı olub.

Azərbaycan millisinin sabiq futbolçusu hoteldə çalışırmış

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı