Azərbaycan yığması ikinci oyununda rumınlara uduzdu

9 May 02:00 Qadın futbolu 434
Azərbaycan yığması ikinci oyununda rumınlara uduzdu

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

U-16 növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək. Azərbaycan yığması ilk matçında Litvaya 1:4 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı