Azərbaycanın qız millisi Litvaya uduzdu - Böyük hesabla

02:00 Qadın futbolu 80
Azərbaycanın qız millisi Litvaya uduzdu - Böyük hesabla

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, milli komanda Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda keçirilən görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi turnir çərçivəsində mayın 8-də Rumıniya, 11-də isə Gürcüstanla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti