Almanlar Nigara şans tanımadı

26 Aprel 02:40 Qadın futbolu 426
Almanlar Nigara şans tanımadı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geyindiyi “Hamburq” Bundesliqada növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda səfərdə “Nürnberq”lə qarşılaşıb. Matç “Hamburq”un qələbəsiylə başa çatıb – 1:0.

Nigar bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Hamburq” 23 turdan sonra 18 xalla 14 komanda arasında 12-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti