"Səviyyəli oyunçu sayının azlığı səbəbindən çətinlik çəkirik"

03:50 Qadın futbolu 76
"Səviyyəli oyunçu sayının azlığı səbəbindən çətinlik çəkirik"

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi səviyyəli oyunçu sayının azlığı səbəbindən çətinliklə üzləşib.

Sportinfo.az xəbər verir ki, bunu "report"a komandanın baş məşqçisi Həbib Ağayev deyib.

Mütəxəssis ölkədə qadın futbolunun inkişafı üçün aşağı yaş qruplarına diqqəti artırmağın vacibliyini vurğulayıb:

"Səviyyəli oyunçu sayının azlığı səbəbindən çətinlik çəkirik. Keyfiyyətli oyunçular nə qədər çox olarsa, nəticələr də bir o qədər fərqli olar.

Bunun üçün yenə də aşağı yaş qruplarına diqqəti artırmalıyıq ki, U-19 səviyyəsinə daha hazırlıqlı futbolçular gəlsin. Belədə milliyə böyük dəstək olarıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi