Azərbaycanlı qızlar Andorraya qalib gəldi

18 Aprel 23:20 Qadın futbolu 114
Azərbaycanlı qızlar Andorraya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb.

Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisi aprelin 14-də də bu rəqiblə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma Macarıstan yığmasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan (Qadınlar) - Andorra (Qadınlar) 2:0

Qollar: Yeliz Açar, 12, Esra Manya, 65
“Bank Respublika Arena”

Macarıstan - Şimali Makedoniya 7:0

Qollar: J.Mayer, 21, 51, M.Paneva, 35-avtoqol, E.Papai, 47, J.Kayan, 68, V.Naci, 85, Ç.Savanya, 90+4-pen.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!