“Azərbaycanla oyun qrupun ən güclüsünü müəyyənləşdirəcək”

09:20 Qadın futbolu 84
“Azərbaycanla oyun qrupun ən güclüsünü müəyyənləşdirəcək”

Qadın futbolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Aleksandra Sarvaş dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya üzərində qazanılan 5:0 hesablı səfər qələbəsindən sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı mütəxəssis millimizin də yer aldığı C Liqasının 3-cü qrupuna liderlik etmələrinə baxmayaraq, missiyanı hələ tamamlamadıqlarını düşünür.

Onun fikrincə, həlledici oyun Azərbaycan millisinə qarşı olacaq:

“Oyundan əvvəl qızlardan sərbəst oynamağı xahiş etdim və gördüm ki, matçdan zövq aldılar. Yüksək səviyyədə futbol oynadılar, fərdi bacarıqlarını ən yaxşı şəkildə göstərdilər.

Səfərdə böyükhesablı qələbəyə baxmayaraq, arxayınlaşmırıq, evdəki görüşə də eyni ciddiyyətlə çıxacağıq. Çünki son tur öncəsi Azərbaycanla oyuna qrup lideri kimi çıxmaq istəyirik.

Fikrimcə, məhz həmin matç da həlledici olacaq, qrupun ən güclüsünü müəyyənləşdirəcək”.

Hazırda 3 turdan sonra Macarıstan 7 xalla birinci, Azərbaycan isə 6 xalla ikinci pillədə qərarlaşır.

Aprelin 18-də Azərbaycan – Andorra və Macarıstan – Şimali Makedoniya matçları keçiriləcək. Azərbaycanla Macarıstan arasında qarşılaşma isə iyunun 5-də təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"