19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Həbib Ağayevinin komandası bu gün Gürcüstanla ilə üz-üzə gəlib.
Xorvatiyanın Luçko şəhərində keçirilən görüş Gürcüstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub.
Qrupun digər matçında Xorvatiya Çexiyaya qalib gəlib - 1:0.
U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.


