“Bu, işimizi bir az yüngülləşdirdi” – Yığmamızın baş məşqçisi

01:50 Qadın futbolu 106
“Bu, işimizi bir az yüngülləşdirdi” – Yığmamızın baş məşqçisi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində səfərdə Andorra yığması ilə keçirilən oyundan (3:1) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, AFFA-ya açıqlamasında qələbəni belə şərh edib:

“İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Bizim üçün çox ağır oyun oldu.

Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi.

Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyətləri yaratdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik.

Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı.

Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik”.

Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib:

“Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəfimiz maksimum nəticə qazanmaqdır”.

Azərbaycan millisi Andorra yığması ilə aprelin 18-də “Bank Respublika Arena”da qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…