Azərbaycan millisinin baş məşqçisinin məqsədi nədir?

01:20 Qadın futbolu 115
Azərbaycan millisinin baş məşqçisinin məqsədi nədir?

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra ilə səfərdə keçiriləcək oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında matça tam hazır olduqlarını deyib:

“Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük.

Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq.

Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük.

Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.

C liqasının 3-cü qrupu çərçivəsində aprelin 14-də Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək Andorra – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!