Yelizaveta millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyətində

02:30 Qadın futbolu 102
Yelizaveta millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyətində

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Sportinfo.az xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq.

Millimiz B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.

U-19-a dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

Qapıçılar: Nərgiz Ağaliyeva, Firuzə Bayramova

Yarımmüdafiəçilər: Vahidə Əlipaşayeva, Mədinə Curuqova, Səma Əsədova, Ülviyyə İslamova, Mədinə Qədiməliyeva, Ayşən Salamzadə, Arzu Ağaliyeva, Bədriyyə Mavludova

Müdafiəçilər: Arzu Cəfərova, Yelizaveta Vaysman, Pərişan Abdullayeva, Aygün Novruzova, Aysu Əsədova, Ayan Abdiyeva, Məsumə Nəzərli

Hücumçular: Xanım Əsədova

11 aprel

14:00. Xorvatiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu

14 aprel

16:00. Çexiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
Luçko stadionu

17 aprel

14:00. Azərbaycan (U-19, Qadınlar) – Gürcüstan (U-19, Qadınlar)

Luçko stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti