“Sumqayıt”dan 18:0: Bənövşə doqquz qol vurdu

08:30 Qadın futbolu 117
“Sumqayıt”dan 18:0: Bənövşə doqquz qol vurdu

Yüksək Qızlar Liqasında 17-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Sumqayıt Futbol Akademiyası məlumat yayıb.

Bildirilib ki, tur çərçivəsində “Sumqayıt” FK “SOCAR Polymer Arena”nın ehtiyat meydançasında “Baku Juniors”la qarşılaşıb.

Görüş “Sumqayıt”ın tam üstünlüyü şəraitində keçib. Klub rəqibini 18:0 hesabı ilə məğlub edib.

Qələbədə Bənövşə Əsədzadə 9 qolla əsas pay sahibi olub. Aybəniz Əsgərzadə het-triklə yadda qalıb.

Digər qolları isə Gültac Məmmədəliyeva, Ayşən Mirzəyeva, Nailə Əliyeva, Müjgan Seyidova, Jalə İldırımova və Leyla Həsənova vurublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti