COP29

Şimali İrlandiya, Albaniya və Monteneqroya rəqib olduq

7 Dekabr 2024 02:40 Qadın futbolu 247
Şimali İrlandiya, Albaniya və Monteneqroya rəqib olduq

19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti