Millimizin qızları “Veli Joze”də Monteneqroya uduzdu

5 Oktyabr 2022 02:30 Qadın futbolu 359
Millimizin qızları “Veli Joze”də Monteneqroya uduzdu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda Monteneqro ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində 17-ci dəqiqədə Edanur Mutlu fərqlənib.

Komandamız qrup mərhələsində növbəti oyununu oktyabrın 7-də Kipr yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!