Azərbaycanlı qızlar 13 qolluq məğlubiyyətə sevinsinmi?

22 Fevral 2021 22:40 Qadın futbolu 865
Azərbaycanlı qızlar 13 qolluq məğlubiyyətə sevinsinmi?

Qadın futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsinin antirekordu təkrarlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması öz meydanında ən böyük hesabla uduzan komanda adına şərik olub.

D qrupunda yarışan yığmamız evdə İspaniyadan 13 cavabsız top buraxıb. Bunadək cari tsiklin yalnız bir oyununda qonaqlar belə amansız olub. C qrupunda Norveç Farer adalarını 13:0 hesabı ilə darmadağın edib.

Amma bu nəticə seçmə mərhələnin rekordu deyil. Danimarka öz meydanında Gürcüstana daha çox – 14 cavabsız qol vurub. Millimizi üstələyən İspaniyaya bu rekord üçün bir top çatmayıb.

AVRO-2022-nin seçmə mərhələsində 11 və daha çox top fərqi
B qrupu: Danimarka – Gürcüstan – 14:0
C qrupu: Farer adaları - Norveç – 0:13
D qrupu: Azərbaycan – İspaniya – 0:13
G qrupu: Fransa – Qazaxıstan – 12:0
G qrupu: Fransa – Şimali Makedoniya – 11:0

Amma bu qələbə də İspaniya millisinin rekordundan çox uzaqdır. Pireneylilərin tarixində 17:0 hesablı qələbə də var.

1994-cü il martın 20-də İspaniya Sloveniyanı 17:0 hesabı ilə məğlubiyyətə uğradıb. Pireney təmsilçisinin rekorda çatması üçün 4 qol kifayət etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"