COP29

“Neftçi” braziliyalılarını itirdi – 10 nəfərdən 9-u legionerdir

17 May 19:00 Problem 1 867
“Neftçi” braziliyalılarını itirdi – 10 nəfərdən 9-u legionerdir

Premyer Liqanın 35-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Sportinfo.az xəbər verir ki, 6 komandadan cəzalı duruma düşən 10 futbolçu oynamaq imkanından məhrumdur.

Və ən maraqlısı, cəzalılardan 9-nun legioner olmasıdır.

Ən ağır zərbə “Kəpəz”ə dəyib. Gəncəlilər “Zirə”ylə qarşılaşmada cəza səbəbindən 3 futbolçunun xidmətindən yararlana bilməyəcək. “Neftçi”ylə “Araz-Naxçıvan”ın hərəsində 2 oyunçu cəzalıdır.

Vərəqə limitini dolduranların ümumi siyahısı belədir:

Şakir Seyidov, Olavale Onanuqa, Junior Martins (hamısı “Kəpəz”), Yuri Matias, Andre Şinyaşiki (hər ikisi “Neftçi”), Nunu Rodriges, Numan Kurdiç (hər ikisi “Araz-Naxçıvan”), Zurab Oçiqava (“Qəbələ”), Roderik Miller (“Turan Tovuz”), Davit Volkov (“Sabah”).

Mayın 17-də “Qarabağ” – “Turan Tovuz”, ertəsi “Kəpəz” – “Zirə”, “Səbail” – “Neftçi”, “Sabah” – “Sumqayıt”, mayın 19-da “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!