Azərbaycanla sülh müqaviləsinə ümid etmir - Paşinyan

11 May 2023 13:30 Problem 651
Azərbaycanla sülh müqaviləsinə ümid etmir - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-ü danışıqların planlaşdırıldığı Brüsselə səfərini təxirə salmaq niyyətində deyil.

Bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb. Paşinyan sözügedən görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağını güman etmədiyini bildirib.

Bir neçə gün əvvəl “Financial Times” qəzeti mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.

Mayın 10-u axşam saatlarında və mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutur.

Ermənistanın qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu