Agenti ölümdən dönən Kadinin son durumunu açıqladı

11 May 2023 00:50 Problem 875
Agenti ölümdən dönən Kadinin son durumunu açıqladı

Helsio Alisk agenti olduğu "Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin son durumu haqda danışıb.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o deyib:

“Əməliyyatdan sonra Kadinin vəziyyəti yaxşıdır. Ancaq onun nə vaxt meydana qayıda biləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur”.

Kadi "Spartak”la Premyer Liqa matçında rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Bundan sonra Kadi huşunu itirib.

Dili qatlanan futbolçuya rəqibin kapitanı Cikia yardım edib. Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb.

Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb.

O, bu mövsüm "Krasnodar"a kömək etməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi