“Ermənistan “artsax”dan əlini üzüb, ancaq Rusiya bununla razı deyil"

8 May 2023 08:20 Problem 671
“Ermənistan “artsax”dan əlini üzüb, ancaq Rusiya bununla razı deyil"

“Ermənistan “artsax”dan əlini üzüb, ancaq öz maraqlarından çıxış edən Rusiya bununla razı deyil.

Çünki sülhməramlılar Qarabağdan getsə, Rusiya Cənubi Qafqazı tamamilə itirəcək”.

Politoloq Stepan Danielyan Ermənistan mətbuatına açıqlamasında belə deyib.

Danielyan hesab edir ki, Rusiya hər nə qədər Cənubi Qafqazda qalmağa səy göstərsə də, hazırkı durumda onun bu regionda öz maraqlarını təmin etmək imkanları və gücü yoxdur.

Politoloqun fikrincə, Rusiyanın bizim regionda mövqelərinin zəifləməsi həm Ukraynadakı müharibə, həm də Bakı ilə Ankara arasındakı münasibətlərin çox yaxın olmasından qaynaqlanır:

“Yaxın zamanlarda Rusiyanın regionda öz maraqlarını təmin etmək üçün kəskin addımlar atacağını gözləmirəm.

Bununla əlaqədar olaraq, Türkiyə və Azərbaycanın qarşısında imkanlar pəncərəsi açılır. O da nəzərə alınmalıdır ki, Ermənistanda sonsuz güzəştlərə hazır olan bir hakimiyyət var”.

Erməni politoloqun fikrincə, ermənilər üçün əsas daxili məsələ siyasi hakimiyyəti dəyişməkdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu