Paşinyan Azərbaycanla sülh sazişindən danışdı

7 May 2023 03:00 Problem 664
Paşinyan Azərbaycanla sülh sazişindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən danışıb.

Paşinyan əsas fikir ayrılığının Qarabağla bağlı olduğunu bildirib.

“Sülh sazişinin imzalanmasından sonra onun həyata keçirilməsinə təminat verilməsi mexanizmi mühüm məsələ olaraq qalmaqda davam edir.

Mən beynəlxalq mexanizmləri, eləcə də yerli mexanizmləri, xüsusən də qoşunların çıxarılmasını nəzərdə tuturam. Bizim demilitarizasiya zonamız olmalıdırmı?”- deyə Paşinyan bildirib.

O qeyd edib ki, Vaşinqtonda başlayan danışıqlar Moskvada davam etdirilə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi