Kadi Borges "kəfəni yırtdı" - Əməliyyatı necə keçdi?

6 May 2023 14:20 Problem 2 604
Kadi Borges "kəfəni yırtdı" - Əməliyyatı necə keçdi?

“Krasnodar”ın qış fasiləsində “Qarabağ”dan transfer etdiyi Kadi Borges əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bunu braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk "Sport24.ru"ya açıqlamasında deyib.

O, Kadinin durumunun yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Kadi "Spartak” Premyer Liqa matçında rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Bundan sonra Kadi huşunu itirib.

Dili qatlanan futbolçuya rəqibin kapitanı Cikia yardım edib. Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb.

Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb.

O, bu mövsüm "Krasnodar"a kömək etməyəcək.

Kadi Borges bu mövsüm “Krasnodar”ın heyətində keçirdiyi 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi