“İrəvanla Bakı Moskvada görüşün keçirilməsinə hazırdır”

3 May 2023 15:30 Problem 550
“İrəvanla Bakı Moskvada görüşün keçirilməsinə hazırdır”

“İrəvan və Bakı Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüşün keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər”.

Bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, görüşün tarixi barədə məlumat daha sonra elan olunacaq.

Bununla yanaşı, Zaxarova Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan danışıqlara da münasibət bildirib:

“Rusiya əvvəlkitək Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının icrasına sadiqdir. Vaşinqtonda danışıqlar Rusiyanın iştirak olmadan keçirilir və bu səbəbdən proses barədə iştirakçılardan maraqlanmaq lazımdır”.

Mayın 1-i ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra nazirlərin ikitərəfli görüşü baş tutub.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri Arman Eqoyan nazirlərin Vaşinqtondan sonra Rusiyada da görüşəcəkləri barədə açıqlama verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu