Toplantı təxirə düşdü - Xanım jurnalistin başına gələn hadisəyə görə

29 Aprel 2023 19:00 Problem 879
Toplantı təxirə düşdü - Xanım jurnalistin başına gələn hadisəyə görə

«CBC Sport»da çoxdandır gözlənilən toplantı yenə təxirə salınıb.

Kanalın direktoru Volkan Üstün rəhbərliyi ilə keçirilməli olan iclas ümumiyyətin müzakirəsinə həsr ediləcəkdi.

Fəqət, baş verən bir hadisə yığıncağın günü dəyişib. Belə ki, «CBC Sport»un tanınmış əməkdaşı Aidə Əliyevə fiziki təzyiqə məruz qalıb.

Hadisə kanalın yerləşdiyi Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.

Belə ki, iş yerinə tələsən xanım jurnalistə naməlum şəxs hücum çəkib. Ortayaşlı kişi sürətlə ona yaxınlaşaraq, çantasını və mobil telefonu əlindən almağa cəhd edib.

Aidə Əliyeva gözlənilməz hücumdan özünü itirməyib, həmin şəxsə müqavimət göstərib. O. hadisə barədə yaxınlıqdakı polis idarəsinə məlumat verib.

Bu olaydan dolayı kanaldaxili iclas gələn həftəyə ertələnib.

Yaxınlarda «CBC Sport»un idarəetmə aparatı müəyyənləşib. Kanalın fəaliyyətini tənzimləmək məqsədilə Müşahidə Şurası (MŞ) yaradılıb.

MŞ 5 nəfərdən ibarətdir. AFFA-nın baş katibi Sərxan Hacıyev şuranın sədri təyin olunub.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdri Elnur Məmmədov da burada təmsil olunur. İqtisadiyyat Nazirliyi və SOCAR-ın nümayəndələri də burada yer alır.

Bir neçə aydır problemlər məngənəsində sıxılan «CBC Sport»da növbəti dəfə «yarpaq tökümü» gözlənilir. Bu məsələ artıq AFFA rəhbərliyinin gündəmindədir.

Təqribən 2 ay öncə federasiyanın baş katibi Sərxan Hacıyevin nəzarətinə verilən telekanal maliyyə problemlərini heç cür aradan qaldıra bilmir.

AFFA yaranmış çətinliklə bağlı həm SOCAR, həm də Gənclər və İdman Nazirliyi ilə məsləhətləşmələr aparır. Neft şirkəti illərdir dotasiya hesabına yaşatdığı «CBC Sport»un büdcəsini bərpa eləmək niyyətindən uzaqdır.

Bu səbəbdən mayın sonunda kanalın işçi heyətinin daha bir qrupu ilə yolların ayrılması istisna olunmur. İki ay öncəki kimi yenə də 20-yə yaxın kadrın buradan kənarlaşdırılması nəzərdə tutulur.

AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun nəzarətindən çıxan telekanal artıq əməkhaqqı və qonorarların ödənilməsində çətinliklər yaşamaqdadır.

Kanal rəhbərliyi buranın işçisi olan, həmçinin xidməti müqavilə əsasında çalışan və əməkldaşlığa cəlb edilən digər personalın əlavə qazanc yerini qapadıb.

Belə ki, onlara qonorarın ödənilməsi dayandırılıb. Bunun nə qədər belə davam edəcəyi naməlumdur.

Ola bilsin, 1 ay. Ola bilsin, 1 il. Hər halda kollektiv üzvlərinin diqqətinə çatdırılıb ki, kanalın vəziyyəti qeyri-müəyyəndir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu