Kadi Borges bu tarixdən tez geri dönməyəcək

29 Aprel 2023 03:00 Problem 1 534
Kadi Borges bu tarixdən tez geri dönməyəcək

"Krasnodar"da çıxış edən Kadi Borges uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 26-cı turunun "Spartak"la matçında zədələnən braziliyalı yarımmüdafiəçi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Bu barədə Kadi "Sport24.ru" saytına açıqlamasında məlumat verib.

Beyin silkələnməsi yaşayan və kəllə sümüyü sınan 27 yaşlı vinger 15-20 gün reablitasiya keçəcək.

Onun bərpa prosesi isə təxminən 1-2 ay çəkəcək. Futbolçu növbəti mövsümün hazırlıq prosesi zamanı komandaya qoşulacaq.

Kadi Borges qış transfer pəncərəsi zamanı "Qarabağ"dan "Krasnodar"a keçib. O, Rusiya klubunun heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu