"Qarabağ"a 5 milyon avro qazandıran Kadi yaxın günlərdə... SON XƏBƏR

28 Aprel 2023 09:20 Problem 857
"Qarabağ"a 5 milyon avro qazandıran Kadi yaxın günlərdə... SON XƏBƏR

"Krasnodar"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borgesin vəziyyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, sabiq "Qarabağ"lı legioner zədə səbəbindən bu mövsüm "Krasnodar"a kömək etməyəcək.

Çünki "sambaçı" yaxın günlərdə əməliyyat olunacaq.

Bu ilin əvvəlində 5 milyon avroya satılan Kadi Premyer Liqa matçının ikinci hissəsində rəqibin yarımmüdafiəçisi ilə toqquşub.

Huşunu itirən Kadi meydandan çıxarılıb. Sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi