"Oğluma görə çox narahatam" - Ermənistandakı əsir əsgərin məktubu niyə anasına verilməyib?

27 Aprel 2023 13:30 Problem 693
"Oğluma görə çox narahatam" - Ermənistandakı əsir əsgərin məktubu niyə anasına verilməyib?

Ermənistan məhkəməsi əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgər barədə həbs qərarı verib.

Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçilərinə qarşı bir neçə maddə ilə cinayət işi açıb.

Ermənistan Baş Prokurorluğunun məlumatına əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanılıb.

Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb:

“Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam”.

Əsir düşən əsgərlərin anaları:

Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib: “Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu