Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.
“Ağ-qaralar” rəqibinin qarşısına ciddi itki ilə çıxacaq.
Azərbaycan millisinin də şərəfini qoruyan Eddi İsrafilov bu matçı kənardan izləmək məcburiyyətindədir.
30 yaşlı yarımmüdafiəçi ölkə kubokunda öncəki iki qarşılaşmada sarı vərəqə aldığı üçün “Turan Tovuz”la oyunu buraxacaq.
Yeri gəlmişkən, “Neftçi”nin prezidenti Kamran Quliyev də cəzalı durumdadır. O, Tovuzdakı oyunun fasiləsində rəsmi şəxləri təhqir etdiyi üçün cəzalanıb.
“Turan Tovuz”la “Neftçi” arasındakı ilk matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Aprelin 27-də baş tutacaq cavab qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

