“Rusiyaya qarşı dərin nifrətim var idi”

25 Aprel 2023 04:00 Problem 650
“Rusiyaya qarşı dərin nifrətim var idi”

“Qələbədən dərhal sonra təqaüdə çıxmaq istəyirəm”.

Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Reznikov Belarusa gedən Ukrayna nümayəndə heyətinin tərkibində keçirdiyi günü həyatının ən pis anı adlandırıb.

"Rusiyaya qarşı dərin nifrətim var idi. Rusiya nümayəndə heyəti ilə 4 görüş oldu, üçü Belarusda, biri Türkiyədə. İlk üç görüşdə özümüzü təhlükəsiz hiss etmədik və hətta evə dönəcəyimizə də şübhə etdik”.

O, müharibə başa çatdıqdan sonra istefa vermək niyyətində olduğunu bildirib:

"Qələbədən sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu