“ATƏT-in Minsk qrupunun həmsədrləri bir-biri ilə kəlmə kəsmir”.
Nikol Paşinyan parlamentdə müxalifət deputatlarının ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar getmədiyi ilə bağlı iradlarına bu sözlərlə cavab verib.
“ATƏT-in Minsk qrupunun həmsədrləri bir-biri ilə danışmır. “Mən onunla danışmayacağam, onunla bir masada oturmayacağam” deyirlər.
O zaman siz bizə deyin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini bir masa arxasında, bir yerdə oturmağa necə məcbur edək”, - deyə Paşinyan bildirib.

