"Gent"in futbolçusu Alessio Kastro-Montes Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını buraxacaq.
Sportinfo.az xəbər verir ki, buna 26 yaşlı yarımmüdafiəçinin Bakıdakı ilk qarşılaşmada zədələnməsi səbəb olub.
Topuğundan xəsarət alan belçikalı oyunçunun ikinci görüşədək sıraya dönəcəyi gözlənilmir. 60-cı dəqiqədə Kastro-Montesin yerinə meydana Endryü Hülsager daxil olub.
"Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.

