“Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir”

17 Fevral 2023 01:20 Problem 409
“Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir”

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir”.

Bunu Ermənistan palamentində keçirilən ənənəvi brifinqdə xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan deyib.

Erməni deputat son dövrlərdə Azərbaycan tərəfindən də təkliflərin daxil olduğunu bildirib. “Hazırda bu təkliflər üzərində iş gedir. Təkliflərimiz hazır olandan sonra Azərbaycan tərəfinə göndəriləcək”, - deyə Xandanyan qeyd edib.

Erməni deputat Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstək üzrə xüsusi nümayəndəsi İqor Xovayevin səfəri ilə də bağlı danışıb. Onun sözlərinə görə, Ermənistan hökuməti rusiyalı həmsədrlə “Laçın dəhlizinin blokadadan çıxarılması”, təhlükəsizliyin təmin edilməsi, eləcə də xarici siyasətin bütün digər məsələləri və aspektlərini müzakirə edib. “Bu, Xovayevin Ermənistana növbəti səfəri idi. Nəticələrə daha geniş kontekstdə baxmaq lazımdır”, - deyə hakim partiyadan olan deputat qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu