Məşhur müğənni keçmiş futbolçunun sevgilisinin yaxınlarını niyə bezdirib?

13 Fevral 2023 02:50 Problem 735
Məşhur müğənni keçmiş futbolçunun sevgilisinin yaxınlarını niyə bezdirib?

Jerar Pikenin valideynləri futbolçunun keçmiş sevgilisi Şakiranın evində davamlı yüksək səsli musiqidən şikayətlənirlər .

Sportinfo.az xəbər verir ki, müğənninin Barselonadakı malikanəsi “Barselona”nın keçmiş oyunçusunun valideynlərinin villasının yanında yerləşir.

Müğənninin evində tez-tez yüksək səsli musiqi ilə əyləncə gecələri keçirilir.

Pikenin valideynləri Şakiranın səs-küylü məclislərindən beziblər və hətta köçməyi də düşünüblər. Lakin daha sonra bu fikirdən daşınıblar. Çünki Şakira tezliklə Mayamiyə köçməyi planlaşdırır.

Pike və Şakira ötən ilin iyulunda futbolçunun xəyanətinə görə ayrılıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!