"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"in idarə heyəti baş məşqçi Heyn Vanhazebrukun son açıqlamasından narazı qalıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Ötən həftə mütəxəssislə rəhbərlik arasında görüş keçirilib. Həmin görüşdən sonra rəhbərlik bu açıq tənqidi gözləməyib. Ancaq "Gent" məşqçinin tənqidlərinə cavab verməyib. Rəhbərlik vacib matçlar öncəsi "sakitliyi qorumaq" istəyir.
H.Vanhazebruk ölkə çempionatının 24-cü turunda "Genk"ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra klubun transfer siyasətini tənqid edib və qalmaqal yaşanıb.
O, məğlubiyyətin səbəbini klubun keyfiyyətli futbolçular almamasında görüb:
“İyirmi il ərzində "Gent"də əsas komandaya neçə futbolçu keçib? Onları on iki barmaqla saymaq olar.
"Genk"in isə ehtiyatda çoxlu futbolçusu var. Buna görə də bəlkə də bu il 5-ci dəfə çempion olacaq.
Bizim bəzi futbolçularımız isə bu səviyyədə oynamağa hazır deyil. “Genk” hər il yüksək səviyyəli oyunçularla heyətini gücləndirir.
Hətta bizim də yaxşı oyunçularımızı transfer edə bilirlər. Biz isə menecerlər vasitəsilə oyunçu gətiririk.
Sonra isə fəxrlə deyə bilərik ki, Haiti və İordaniyadan bir oyunçu almışıq".
“Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək.

