"Gent"in polşalı müdafiəçist "Qarabağ"la oyuna çıxmayacaq

12 Fevral 2023 12:40 Problem 796
"Gent"in polşalı müdafiəçist "Qarabağ"la oyuna çıxmayacaq

"Gent"in futbolçusu Kamil Pyontkovski Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin çempionatın XXV turunda "Vesterlo" ilə 3:3 hesablı heç-heçə etdikləri matçda zədələnməsi səbəb olub.

52-ci dəqiqədə polşalı oyunçunu Yens Petter Hauge əvəzləyib.

Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. Daha əvvəl Darko Lemayiçin hər iki matçda iştirak etməyəcəyi dəqiqləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu