Türkiyədə baş verən zəlzələlərdən 120 saatdan artıq müddət keçib. İndiyə kimi 80 min vətəndaş dağıntılar altından xilas edilərək xəstəxanalara yerləşdirilib. 1 milyon 50 min vətəndaş isə sığınacaqlardadır.
Artıq 6 gündür ki, zəlzələnin baş verdiyi 10 bölgə üzrə axtarış-xilasetmə işləri davam etdirilir.
Demək, ümid hələ də böyükdür... Bu böyük ümidlə zəlzələnin 119-cu saatında Hatayda dağıntılar altından 17 yaşlı Kamil xilas edilir.
Dünyanın dörd bir yanından isə zərərçəkənlərə müxtəlif formada yardımlar göndərilir, ianələr edilir.

