"Gent"in əsas hücumçusu "Qarabağ"la oyunlarda meydana çıxmayacaq

11 Fevral 2023 00:50 Problem 878
"Gent"in əsas hücumçusu "Qarabağ"la oyunlarda meydana çıxmayacaq

Belçika "Gent"inin futbolçusu Darko Lemayiç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin hər iki oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlama açıqlama verib.

O bildirib ki, bud əzələsi yırtılan serbiyalı hücumçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 59 yaşlı mütəxəssis zədəsini sağaldan Gift Orbanın isə sıraya qayıtdığını söyləyib.

Gent təmsilçisində zədədən əziyyət çəkən Tarik Tissaudali, Vadis Ocica, Matiss Samuaz, Nurio Fortuna və Endryü Hülsagerin də Ağdam klubu ilə Bakıdakı matçda iştirakları sual altındadır.

Vanhazebruk heyətdəki itkilərə görə əvəzedicilərdən bir neçə oyunçunu əsas komandaya cəlb edəcəyini açıqlayıb.

Komandalar arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Gentdə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!