"İynədən bədənimdə salamat yer qalmayıb, son 1 ildə çox əziyyət çəkdim"

10 Fevral 2023 23:40 Problem 750
"İynədən bədənimdə salamat yer qalmayıb, son 1 ildə çox əziyyət çəkdim"

«İndiki vəziyyətdə mənə hələlik kiçik əməliyyat lazımdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq forvardı Rauf Əliyev deyib.

Karyerasını 32 yaşında başa vuran «Qarabağ»ın yetirməsi aldığı zədələrin ona problemlər yaratdığını bildirib:

«Həkimlər ehtiyac bilsə, əməliyyat etdirəcəm. Müəyyən yaşdan sonra çəki yığsam, hə, onda problemlər yarada bilər.

İndi vəziyyətim elədir ki, məşq edirəm, ayağım şişir, maye yığılır. Hər dəfə iynə vurub mayeni çəkirdilər. İynədən bədənimdə salamat yer qalmamışdı. Son 1 ildə çox əziyyət çəkirdim.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi