Transfer üstündə qovğa - Baş məşqçi klub rəhbərliyini tənqid etdi

7 Fevral 2023 00:30 Problem 385
Transfer üstündə qovğa - Baş məşqçi klub rəhbərliyini tənqid etdi

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Belçika "Gent"inin baş məşqçisi Heyn Vanhazebrukla klub rəhbərliyi arasında qalmaqal baş verib.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis evdə "Genk"ə 2:3 hesabı ilə uduzduqları ölkə çempionatının XXIV tur oyunundan sonra keçirilən mətbuat konfransında komandanın transfer siyasətini tənqid edib.

O, əlindəki oyunçuların hazırkı səviyyəyə hazır olmadıqlarını bildirib:

"Yalnız Fofana və Salah istisnadır. "Genk"lə aradakı fərq də məhz budur. Onlar hər il keyfiyyətli futbolçular alırlar, hətta bizdən gedən oyunçuları da götürə bilirlər.

Biz isə futbolçuları menecerlər vasitəsilə almalıyıq. Sonra isə fəxrlə deyə bilərik ki, Haiti və İordaniyadan bir oyunçu almışıq".

"Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti