“Hər yerdə rüşvət və tapşırıq var” – Tanınmış blogerin sualına ŞOK İDDİA

2 Fevral 2023 21:20 Problem 1 084
“Hər yerdə rüşvət və tapşırıq var” – Tanınmış blogerin sualına ŞOK İDDİA

Uzun illər Premyer Liqada top qovmuş, hazırda blogerliklə məşğul olan Nuqzar Kvirtiya maraqlı sorğu keçirib.

Əslən Gürcüstandan olan, lakin futbolçu karyerasını başa vurandan sonra ölkəmizdə yaşamağı qərara alan Kvirtiya ölkə futbolunun aktual mövzusuna toxunub.

O, “feysbuk” dostları arasında sorğu keçirmək qərarına gəlib. Sual isə belə olub:

“Azərbaycan Premyer Liqasının oyunlarına baxmaq üçün niyə stadionlara getmirsiz?

Yadımdadır, mən oynayan vaxtlarda azarkeşlər bütün oyunlara gəlirdi”.

Futbolla maraqlanan izləyicilərin cavabları müxtəlif cür olub ki, yazılanları oxuyanda onları anlamaq çətin deyil:

“Çünki maraqlı deyil. “Qarabağ”la “Sabah”dan başqa digərləri baxımlı futbol nümayiş etdirmir”.

“Şəxsən futbolla nəfər alıram və böyük məmnuniyyətlə öz çempionatımızın oyunlarına da gedərdim. Əgər bizim futbolçular da mənim kimi futbolla nəfəs alsaydı”.

“Nuqzar, sən oyunların başlama saatına bax sadəcə. Çempionatımız o dərəcədə populyar deyil ki, mən həftəiçi işdən çıxıb, saat 7-8-də stadiona gedim. Hələ 7-8 olsaydı, dərd yarı. Gör, “Neftçi”nin həftə içinə salınan axırıncı matçı saat neçədə başladı. Görüşlər həftə sonları axşam saatlarına təyin olunmalıdır”.

“Bacardığım qədər stadiona getməyə çalışıram. Amma günorta 4-5-də gedə bilmirəm, çünki işləyirəm”.

“Oynadıqları futbolla azarkeşləri stadiona cəlb edə bilmirlər. Bunun üçün stimullaşdırıcı yollara əl atmaq lazımdır. Məsələn, lotereya, ya hansısa formada uduş. Bir neçə dəfə etsələr, sonra azarkeşlər öz xoşu ilə stadiona gedəcək. Azarkeş sayı artıqca futbolçular da həvəslə oynayacaq”.

“Azarkeş gəlmirsə, stimullaşdırıcı nəsə etmək lazımdır. Digər tərəfdən klubların özləri də günahkardır. Azarkeşlərlə iş düzgün qurulmayıb. Klublar atribut satışına və paylanmasına səy göstərməlidir, fan klublarla görüşlər təşkil olunmalıdır. Amma bu, heç kimə lazım deyil”.

“İnsanlara futbol regionlarda maraqlıdır. Bakıda 50 komanda kimin nəyinə lazımdır? 90-cı illərdə “Viləş” (Masallı) var idi. Bu komanda oynasa, oyunlarına gedərəm. Mənə doğma komandadır.

Bu, digər rayon və şəhərlərin komandalarına da aiddir. Və əsas məsələ, futbolumuzda inkişaf görünmür. Uşaq futboluna diqqət və qayğı yox dərəcəsindədir. Hər yerdə rüşvət və tapşırıq var”.

“İnkişaf etmək istəyiriksə, rəqabət olmalıdır. Bunun üçünsə çempionatda bölgə komandalarının sayı artmalıdır. Fan klubların inkişafı üçün əlavə piar kompaniyalar aparılmalıdır. Rəqabət artsın, görün nə qədər azarkeş gələcək oyunlara”.

Kvirtiya ayrı-ayrı vaxtlarda 6 il AZAL-la “Turan Tovuz”un şərəfini qoruyub ki, ölkəmizdə 200-ə yaxın oyunda meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!